YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niyazi Səfərov: Azərbaycan regionda ən iri layihələrin təşəbbüskarı və icraçısıdır

«Azərbaycan dövlətinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkə iqtisadiyyatı daha da sabit olub, sürətli inkişaf əldə edilib». Bu fikri iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov bildirib ki, bu gün Azərbaycan regionda ən iri layihələrin təşəbbüskarı və icraçısıdır. Onun sözlərinə görə, iqtisadiyyatın inkişaf tempinə görə Azərbaycan dünyada ən qabaqcıl ölkələrdəndir.

«Cənubi Qafqazda istehsal edilən ümumi daxili məhsulun təxminən 80 faizi Azərbaycanın payına düşür. Son illər iqtisadiyyatın inkişafında qeyri-neft sektorunun rolu xeyli artıb, yeni sənaye müəssisələri yaradılıb. Azərbaycanın strateji valyuta ehtiyatları dəfələrlə artaraq artıq 50 mlrd. dolları keçib»- deyə, nazir müavini vurğulayıb.