YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Əhmədov: Strateji yol xəritələri milli iqtisadiyyatın bütün sahələrini əhatə edir

«Dünyada gedən siyasi və iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri neft iqisadiyyatının əsaslı inkişafını təmin etmək mühüm məsələdir. Eyni zamanda, bu faktor  insan kapitalından səmərəli istifadə etmək kimi məsələlərin ön plana çəkilməsini zəruri edir». Bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, milli iqtisadiyyatın inkişafını özündə ehtiva edən strateji yol xəritələri önəmlidir. Əsas odur ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı, postneft dövrünə hazırlıq məsələləri burada öz əksini əksər sahələr üzrə tapıb. Onun sözlərinə görə, bu sənəd milli iqtisadiyyatın bütün sahələrini əhatə edir.

«12 yol xəritəsində ölkədə maşınqayırma sahəsi, maliyyə sektoru, informasiya texnologiyaları sistemi, kənd təsərrüfatı kimi vacib sahələr əhatə olunub. İndiki zaman üçün bu, çox müsbət addımdır. Çünki dünya bazarında neftin qiymətinin aşağı düşdüyü bir vaxtda ölkəmizdə islahatların aparılmasına böyük ehtiyac var. Prezident İlham Əliyev ölkə iqtisadiyyatının inkişafı üçün çox ciddi sənəd imzalayıb. Çünki strateji yol xəritələri çox əhatəli təhlillər üzərində qurulub. Burada Azərbaycanda mövcud iqtisadi vəziyyət, həm də qlobal və regional trendlər nəzərə alınıb. Ümid edirəm ki, bu sənəd uğurla həyata keçiriləcək və Azərbaycanın gələcək  inkişafına gətirib çıxaracaq»- deyə, V.Əhmədov qeyd edib.