YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Rəsmi Yerevanın işğalçılıq siyasəti MDB-ni gücləndirməkdə maraqlı olan Rusiyanın və digər dövlətlərin mövqelərinin əleyhinədir

«KTMT-nin baş katibi məsələsi rotasiya qaydası ilə həll edilir. Ermənistan nümayəndəsinin bu vəzifəyə keçməsinin yubadılması təşkilat daxilində bu məsələdə fikir ayrılıqlarının göstəricisi ola bilər». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, MDB üzvü olan Azərbaycana qarşı hərbi təcavüz edən və ərazilərinin bir hissəsini işğal edən Ermənistanın bu təşkilatın bir strukturu olan KTMT-də baş katib vəzifəsinə seçilməsi  MDB-nin digər ölkələrinin nüfuzuna xələl gətirir.

«Rəsmi Yerevanın işğalçılıq siyasəti MDB-ni gücləndirməkdə maraqlı olan Rusiyanın və digər dövlətlərin mövqelərinin əleyhinədir. Rusiya Ermənistanı bir yük kimi daim çiyinlərində daşıyır. Bu isə qurumun bəzi digər dövlətləri tərəfindən narazılıqla qarşılanır və MDB-ni zəiflədir»- deyə, M.Qasımlı qeyd edib.