YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: “ASAN viza” vizalarla bağlı məsələni birdəfəlik həll etmək üçün yaradılıb

“ASAN viza”nın yaradılması əslində bir zərurət idi. Çünki biz çalışırıq ki, Azərbaycana daha çox turist gəlsin. Həm ölkəmizi tanısın, həm də ölkəmiz haqqında düzgün məlumat alsın. Eyni zamanda, bu, ölkə iqtisadiyyatına da böyük töhfədir. Həm otellər, həm də ictimai yerlər işləyir, deməli, ölkəmizə valyuta gəlir.

Prezident İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında bu barədə danışarkən yeni xidməti şərtləndirən amillərdən və onun üstünlüklərindən bəhs edib.

Azərbaycana gəlmək üçün viza almağın vaxtilə böyük problem yaratdığını qeyd edən dövlətimizin başçısı deyib: “Vizalarla bağlı vəziyyət bizi qane edə bilməzdi. Həm pozuntular kifayət qədər çox idi, həm əsassız tələblər irəli sürülürdü. Ümumiyyətlə, Azərbaycana gəlmək üçün insanlar gərək aylarla növbə tutaydılar, gedib başqa şəhərlərdə bizim səfirliklərdə, konsulluqlarda növbədə dayanaydılar, hələ onlara viza verilib-verilməyəcəyi bəlli deyildi. Ona görə bu məsələni birdəfəlik həll etmək üçün “ASAN viza” yaradıldı və indi istənilən vətəndaş üç gün ərzində Azərbaycana gələ bilər”.

Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycana gələn turistlərin sayı təxminən 10 faiz artıb. Bəzi ölkələrdən gələnlərin sayında isə 30-40 dəfə artım var. 2017-ci ildə bu proses daha da sürətlə gedəcək.