YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Multikulturalizm Azərbaycanın milli sərvətidir və biz bununla fəxr etməliyik

“Azərbaycanda multikulturalizm bir həyat tərzidir. Bu bizə kənardan gəlməyib, bu, insanların daxili tələbatıdır, eyni zamanda dövlət siyasətidir”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycanda Ombudsman təsisatının yaradılmasının 15 illiyinə həsr olunmuş “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda konfransda çıxışı zaman deyib.

Z.Əsgərov bildirib ki, Azərbaycanda müxtəlif mədəniyyətlərin, konfessiyaların, etnik qrupların nümayəndələrinin yaşaması ölkəmizdə çox maraqlı cəmiyyət tipi yaradıb:

“Bizim həm Konstitusiyamızda, həm də ayı-ayrı qanunlarda multikulturalizm təsbit olunub. Konstitusiyamızda qeyd olunub ki, dinindən, cinsindən, irqindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları bərabər hüquqlara malikdir. Yəni multikulturalizm Azərbaycanda təşəkkül tapmış bir fenomendir. Bu, Azərbaycanda artıq əsrlər boyu təşəkkül tapıb. Multikulturalizmin Azərbaycan modeli dünya üçün örnəkdir”.

Onun sözlərinə görə, təəssüflər olsun ki, Avropada və digər qitələrdə multikulturalizm bizim düşündüyümüz kimi deyil:

“Orada islamofobiya, ksenofobiya və insan əleyhinə olan digər amillər var. Demək, hələ də o ölkələrdə özünü digər dinlərdən, millətlərdən üstün tutan qruplar var. Lakin multikulturalizm Azərbaycanın milli sərvətidir və biz bununla fəxr etməliyik”.