YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdilər.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Sonra dövlətimizin başçısı səyyar “ASAN qatar” ilə tanış olub.

Məlumat verildi ki, səyyar “ASAN qatar”ları ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərəcək.