YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AIDA Agentliyi və Strateji Araşdırmalar Mərkəzi birgə proqram həyata keçirib

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Azərbaycan və Xəzər hövzəsi regionu ilə bağlı elmi tədqiqatların aparılması üçün aprel-iyul aylarında birgə proqram həyata keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,  proqramda Pakistan, Hindistan və Xorvatiyanın aparıcı beynəlxalq elmi-tədqiqat və beyin mərkəzlərindən üç tədqiqatçı iştirak edib və onların apardıqları araşdırmaların nəticəsi haqqında təqdimat və məqalələr hazırlanıb. İştirakçılar proqramı uğurla başa vuraraq müvafiq şəhadətnamələrlə təltif ediliblər.

AİDA və SAM-ın birgə həyata keçirdiyi bu tədqiqat proqramının davam etdirilməsi nəzərdə tutulur.