YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: İslahatların yeni dalğasının əsas hədəfi ölkəmizdə inkişafın yeni fazaya daxil olması, daha yüksək pilləyə qaldırılmasından ibarətdir

«İslahatların yeni dalğasının əsas hədəfi ölkəmizdə inkişafın yeni fazaya daxil olması, daha yüksək pilləyə qaldırılmasından ibarətdir. Prezident İlham Əliyevin “Azərbaycan xalqı daha yaxşı yaşamağa layiqdir” tezisində ifadə olunan siyasi kursu mahiyyət etibarilə islahatların ikinci dalğasının ideya əsası kimi qəbul olunmalıdır». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, hazırkı şəraitdə həyata keçirilməkdə olan islahatların resurs bazasının istinad nöqtəsinin dəyişdirilməsi onun fərqləndiricisi xüsusiyyətlərindən biri sayıla bilər. Onun sözlərinə görə, əvvəlki mərhələdə istinad olunan başlıca resurs bazası neft strategiyasının reallaşması nəticəsində əldə edilən vəsaitlərdə istifadə olunurdu.

«Başqa sözlə desək, inkişafın lokomotivi rolunda neft amili dayanırdı və əsas diqqət ondan ölkənin mənafeləri, xalqın rifahı naminə ən səmərəli şəkildə istifadə olunmasına yönəldilmişdi. İndi isə inkişafın resurs bazasına münasibətdə diqqət fərqli amillərə yönəldilir, başqa sözlə, iqtisadi şaxələndirmə prioritet vəzifə olaraq ön plana çəkilir. Prezident İlham Əliyevin yeni islahatlar strategiyasının mərkəzində duran vəzifələr sırasında iqtisadi liberallaşdırmanın yeni səviyyəyə yüksəldilməsi diqqəti xüsusilə cəlb edir. Söhbət sahibkarlığın inkişafı üçün əlavə təminatların verilməsi ilə yanaşı, liberallaşdırmanın bank-kredit sisteminə daha dərindən sirayət etməsindən gedir. Həyata keçirilən tədbirlər kompleksinin ölkəmizdə azad bazar iqtisadiyyatının bütün parametrləri üzrə qərarlaşmasını, deməli, iqtisadi inkişafa əlavə təminatı şərtləndirmiş olacaq»- deyə, Əli Əhmədov vurğulayıb.