YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir İncəsənət Muzeyində “Kapri Trend. Kapri-İtaliyadan səyyar fotosərgi” adlı italyan sərgisi açılacaqdır

Aprelin 26-da Müasir İncəsənət Muzeyində “Kapri Trend. Kapri-İtaliyadan səyyar fotosərgi” adlı italyan sərgisi açılacaqdır.

Sərgi Kapri Fondunun Heydər Əliyev Fondu və Müasir İncəsənət Muzeyi ilə birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcəkdir.

Kapri Fondu 2009-cu ildə sahibkarlar qrupu və yerli hökumət orqanları tərəfindən Kapri adasının inkişafı məqsədilə yaradılmışdır. Beş illik səmərəli fəaliyyətdən sonra mədəniyyət, müasir incəsənət, fotoqrafiya və rəqslərə həsr olunmuş tədbirlər, Kapri Trendvoçinq Festivalı çərçivəsində tədqiqatlar, xəstəlik tarixçəsi, seminarlar və açıq mühazirələr vasitəsilə gələcəyin eskizləri hazırlanmışdır.

Kapri Fondu fəaliyyətinin beş illiyinə həsr olunan “Kapri Trend” adlı ilk sərgisini beş müxtəlif ölkədə təqdim edəcəkdir.

Sərgidə məşhur italyan fotoqrafları Ferdinando Skianna, Olivo Barbyeri, Mauritsio Qalimberti, Françesko Codise və İrene Kunin 30-a yaxın əsərləri nümayiş olunacaqdır.

Bu fotoəsərlər Kaprinin mədəniyyətini və gözəlliyini xaricdə tərənnüm edən müəllif yanaşması və müasir baxışı təbliğ edir.

Sərgi mayın 31-dək davam edəcəkdir.