YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdabda iki uşaq bağçası-körpələr evi tikilir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdabda iki uşaq bağçası-körpələr evinin inşasına başlanılıb.

Uşaq bağçası-körpələr evinin biri şəhərin yeni salınmış “32 hektar” adlanan ərazisində, digəri isə Azərbaycan küçəsində inşa olunur.

Hazırda hər iki binada hörgü işləri görülür. Tikinti yerli inşaatçılar tərəfindən aparılır. Müasir arxitektura üslubunda inşa edilən binalarda balacaların təlim-tərbiyəsi üçün bütün lazımi şərait olacaq.

Hər iki binanın ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.