YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “TürkPA-nın inkişafındakı xüsusi xidmətlərə görə” medalına layiq görülüb

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanı, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulini və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekovu qəbul edib.

Görüşdə çıxış edən Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Azərbaycan Prezidenti İlham Əliyevin TürkPA-nın inkişafında rolunu və töhfələrini qeyd etdi, qurumun fəaliyyətinə verdiyi dəstəyə görə həmkarları adından minnətdarlığını bildirdi. Vurğuladı ki, “TürkPA-nın inkişafındakı xüsusi xidmətlərə görə” medalı təsis edilib və yekdil qərara əsasən ilk medala türkdilli ölkələrin həmrəyliyinin və birliyinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti layiq görülüb.

Qazaxıstan Parlamenti Məclisinin sədri medalı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.

DİGƏR Xəbərlər Arxiv