YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan BP üçün mühüm ölkələrdən biridir

BP şirkətinin prezidenti Robert Dadli özünün illik iş planı çərçivəsində Azərbaycana səfərə gəlib, şirkətin ölkəmizdə iştirakçısı olduğu layihələrin gedişi ilə maraqlanır.

Bu barədə AZƏRTAC-a BP-nin prezidenti Robert Dadlinin Azərbaycana səfərini şərh edərkən şirkətin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib. Şirkət təmsilçisi bildirib ki, Azərbaycan BP üçün mühüm ölkələrdən biridir.

Xatırladaq ki, BP şirkəti 35,8 faizlik səhm ilə Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinin operatorudur. BP həmçinin, Bakı-Tbilisi-Ceyhan layihəsində 30,10 faizlik, Cənubi Qafqaz Boru Kəmərində (CQBK) 28,8 faizlik, “Şahdəniz”də isə operator olmaqla 28,8 faizlik iştirak payına sahibdir.