YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, doğum günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Sizin yürütdüyünüz müdrik və dərindən düşünülmüş daxili və xarici siyasət sayəsində qardaş Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi inkişafın bütün sahələrində sanballı uğurlar qazanılır, xalqın rifahının yüksəldilməsinə, ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə yönəlmiş uğurlu dəyişikliklər və islahatlar dinamik şəkildə həyata keçirilir.

Özbək və Azərbaycan xalqlarını tarixin və zamanın sınağından çıxmış çoxəsrlik həqiqi dostluq və qarşılıqlı hörmət münasibətləri, ortaq və yaxın mədəniyyət, adət və ənənələr sıx bağlayır.

Ötəri olmayan bu dəyərlər Özbəkistan ilə Azərbaycan arasında qarşılıqlı anlaşma və etimad prinsiplərinə, ölkələrimizin və xalqlarımızın mənafeyi, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi naminə səmərəli qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əlverişli və möhkəm zəmin yaradır.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və hərtərəfli uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləmək istəyirəm.”