YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, döğum günü münasibəti ilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dünyada sabitlik amilidir və hamı üçün daha xoş və ədalətli gələcəyə yol açır. Arzum budur ki, bundan sonra da uzun illər ərzində sabitlik və tərəqqi yolunda dost Azərbaycan xalqına rəhbərlik edəsiniz.

Monteneqro xalqı adından və şəxsən öz adımdan bizim yaxın və dost ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün göstərdiyiniz bütün səylərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.”