YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Yeni şəraitdə ölkənin iqtisadi-maliyyə sektorunun çevikliyinin artırılması zəruridir

«Yeni iqtisadi şəraitdə islahatların səmərəli nəticələr verməsi bir sıra amillərlə şərtlənir ki, bunların da içərisində iqtisadi-maliyyə sektorunun adekvat fəaliyyət göstərmək iqtidarında olması çox vacib rol oynayır». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, qlobal mənfi risklərin artdığı indiki şəraitdə Azərbaycanı fərqləndirən və ölkəmizə əlavə üstünlüklər qazandıran cəhətlərdən biri ondan ibarətdir ki, son 13 ildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamız güclü maliyyə təminatına malik bir ölkəyə çevrilib.

«Ötən dövrdə ölkəmizdə davamlı surətdə böyükhəcmli maliyyə tutumuna malik infrastruktur layihələri reallaşdırılmasına baxmayaraq, respublikamız strateji valyuta ehtiyatlarını artırmağa və maliyyə dayanıqlığını gücləndirməyə nail olub. Təsadüfi deyil ki, hazırda Azərbaycan dünyada xarici borclanması ən aşağı səviyyədə olan ölkələr sırasında yer alır. Yeni şəraitdə ölkənin geniş maliyyə imkanlarından səmərəli istifadə olunması, vəsaitlərin daha məqbul istiqamətlərə yönəldilməsi, real sektorun maliyyə təminatının gücləndirilməsi zərurəti iqtisadi-maliyyə sektorunun çevikliyinin artırılması, idarəetmənin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi ilə paralel surətdə şəffaflığın təmin olunması kimi məsələlərin önəmini artırıb»- deyə, R.Əliyev qeyd edib.