YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Prezidenti: Qətl hadisəsinin cavabı yalnız terrorla mübarizənin gücləndirilməsi ola bilər

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Kremldə xarici işlər naziri Sergey Lavrov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov ilə keçirdiyi müşavirədə bildirib ki, rəsmi Moskva səfir Andrey Karlovun qətlinin arxasında kimlərin dayandığını dəqiq bilməlidir. O, Rusiya Təhqiqat Komitəsinə türkiyəli həmkarları ilə birlikdə cinayət işinin istintaqını aparmaq üçün Ankaraya gedəcək qrup təşkil etmək tapşırığı verib. V. Putin əlavə edib ki, bu barədə razılıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti zamanı əldə edilib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, iki ölkənin liderləri diplomatik missiyaların mühafizəsini qarşılıqlı surətdə gücləndirmək barədə də razılığa gəliblər.

Rusiya dövlətinin başçısı qeyd edib ki, terror aktı Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesinin pozulmasına yönəlib. Qətl hadisəsinin cavabı yalnız terrorla mübarizənin gücləndirilməsi ola bilər.

Rusiya Prezidenti, həmçinin səfir Andrey Karlovun dövlət mükafatına layiq görülməsi və adının əbədiləşdirilməsi barədə tapşırıq verib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankaranın Müasir İncəsənət Qalereyasında keçirilən “Rusiya türklərin gözü ilə” fotosərgisində çıxış edərkən odlu silahla qətlə yetirilib.