YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın bir sıra ölkələrdəki fövqəladə və səlahiyyətli səfirləri vəzifələrindən geri çağırıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın bir sıra ölkələrdəki fövqəladə və səlahiyyətli səfirləri vəzifələrindən geri çağırılması haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Azər Tofiq oğlu Hüseyn, Azərbaycan Respublikasının Avstraliya İttifaqında və eyni zamanda Fici Respublikasında, Yeni Zelandiyada fövqəladə və səlahiyyətli səfiri Rövşən Şamil oğlu Cəmşidov, Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi Mir-Həmzə Nazim oğlu Efendiyev və Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri Elnur İxtiyar oğlu Sultanov vəzifələrindən geri çağırıldı.