YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib

Bu gün Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib.

Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov iclası açaraq müzakirə olunacaq məsələlər haqqında məlumat verib.

Əli Əhmədov bildirib ki, şuranın əsas məqsədi 2030-cu ilə qədər  Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşmasını təmin etməkdən, eləcə də, bu məqsədlərə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.  

Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar müəyyən vəzifələrin və öhdəliklərin əhəmiyyətinə toxunan Şura sədri qeyd edib ki, birgə əməkdaşlıq şəraitində hökumət, dövlət  qurumları bu vəzifələrin yerinə yetirilməsi  üçün lazımi işlərin öhdəsindən layiqincə gələcək. Onun sözlərinə görə, dayanıqlı inkişaf üzrə müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsi üçün işçi qrupları müəyyənləşdirilib,  Şuranın Katibliyinin yaradılması ilə əlaqədar müəyyən təşkilati işlər görülüb. 

Bu proqramın  BMT-nin milli dövlətlərlə birlikdə həyata keçirdiyi layihə olduğunu xatırladan Əli Əhmədov qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün BMT-nin Bakı Ofisi və təşkilatın digər qurumları ilə çox ciddi əməkdaşlıq ediləcəyini diqqətə çatdırıb. Şura sədri vurğulayıb ki, BMT-nin müvafiq ekspertləri ölkəmizə səfər edəcək və həm dayanıqlı inkişaf üzrə hesabatların hazırlanması, həm də bu prosesdə digər öhdəliklərin yerinə yetirilməsi işində həmin ekspertlərlə əməkdaşlıq olunacaq.

İclasda BMT-nin  Bakı ofisinin rəhbərinin iştirak etdiyini deyən Əli Əhmədov onun tövsiyələrinin görüləcək işlər üçün əhəmiyyətli olacağını qeyd edib.

İclasda daha sonra gündəlikdə dayanan məsələlər müzakirə olunub.

Qeyd edək ki, toplantıda «Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin və işçi qruplarının yaradılması ilə bağlı görülmüş işlər», «Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərinə uyğun milli prioritetlərin və göstəricilərin müəyyən edilməsi» və «2017-ci ilin iyul ayında nəzərdə tutulmuş Yüksək Səviyyəli Siyasi Forumuna DİM-lər üzrə ilkin hesabatın təqdim edilməsi üçün BMT-nin Baş katibinə müraciətin ünvanlanması və hesabatın hazırlanması» məsələləri müzakirə olunub.

 

DİGƏR Xəbərlər Arxiv