YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkədə terror aktı nəticəsində həlak olanların xatirəsi anılır

Dekabrın 10-da İstanbulda törədilmiş və çoxsaylı insanın ölümünə səbəb olmuş terror aktı ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

Dekabrın 15-də Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov səfirlikdə Türkiyə xalqına başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun, ictimaiyyətin nümayəndələri də səfirliyə gələrək başsağlığı verirlər.

Xatırladaq ki, terror aktı nəticəsində 44 nəfər həlak olub.