YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin “Yeni şəfəq” qəzetində ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc edilib

Türkiyənin “Yeni şəfəq” qəzeti Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair məqaləsini dərc edib.

Qəzetin İnternet səhifəsində də yer alan məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, o cümlədən hələ sovet dövründə xalqımızın milli şüurunun oyanışında və inkişafında gerçəkləşdirdiyi siyasətin böyük nəticələrindən, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra ölkəmizə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi nəhəng iqtisadi layihələrin ortaya çıxardığı nailiyyətlərdən bəhs olunur. Prezident İlham Əliyevin Ulu Öndərimizin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirdiyini diqqətə çatdıran müəllif yazır ki, mövcud Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və perspektivdə olan Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və s. layihələr təkcə Azərbaycanın yox, böyük bir coğrafiyanın inkişafını müəyyənləşdirib.