YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

Ankara şəhərində Azərbaycan-Türkiyə 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, iclasda 2017-ci ildə həyata keçiriləcək birgə tədbirlərin razılaşdırılması, hərbi əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, regionda təhlükəsizlik, o cümlədən hər iki dövlətin Silahlı Qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.