YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyms Uorlik: Danışıqlar masasında münaqişənin həlli üçün təkliflər var

Apreldə Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttindəki hərbi fəaliyyət böyük sayda tələfata səbəb oldu və nümayiş etdirdi ki, münaqişənin hərbi yolla həlli yoxdur.

Bu barədə Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Onun sözlərinə görə, apreldəki qarşıdurmadan sonra tərəflər ümumilikdə atəşkəs rejiminə riayət edirlər: "Artıq danışıqlar masasında təkliflər var. Bu təkliflər münaqişənin həllinə gətirib çıxara bilər".

Həmsədr əlavə edib: "Biz bu il, o cümlədən Vyana və Sankt-Peterburq görüşlərində danışıqlarda irəliləyişə nail olmaq üçün yeni cəhdlər gördük. Ümid edirik ki, tərəflər prosesi irəlilətmək üçün gələcəkdə də konstruktiv işləyəcəklər".

Diplomatın sözlərinə görə, Donald Trampın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətin necə inkişaf edəcəyini indidən demək çətindir:

"Şübhə etmirəm ki, ABŞ hakimiyyəti həmsədr ölkələrin köməyi ilə münaqişənin sülh yolu ilə həllinə sadiq qalacaq".

C.Uorlik qeyd edib ki, onun dekabrın 31-dən postunu tərk edəcəyi ilə əlaqədar olaraq, yeni amerikalı həmsədrin adı yaxın gələcəkdə məlum olacaq.