YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstanın keçmiş dövlət və hökumət rəhbərləri Bakıya gələcəklər

1990-1997-ci illərdə Bolqarıstana rəhbərlik etmiş Jelyu Jelev və 1997-2002-ci illərdə bu ölkənin prezidenti olmuş Petar Stoyanov, həmçinin 1991-1992-ci illərdə Baş nazir olmuş Filip Dimitrov aprelin 27-dən 30-dək Azərbaycanda səfərdə olacaqlar.

Diasporla iş Üzrə Dövlət Komitəsindən bildirilmişdir ki, siyasətçilərin səfərinin məqsədi Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin layihələrində iştirak etməkdir.

Petar Stoyanov, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin üzvüdür. Sabiq prezident aprelin 27-də Mərkəzin idarə heyətinin VI Beynəlxalq toplantısında və birinci Assambleyasında iştirak edəcək, aprelin 28-də isə forumun işinə qatılacaqdır. Onun forumda davamlı inkişaf, onun məqsəd və hədəfləri mövzusunda çıxışı nəzərdə tutulmuşdur. Jelyu Jelev isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi Mərkəzin birinci Assambleyasında və forumda iştirak edəcəkdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyasının, BMT-nin, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Müştərək Cəmiyyətlər Forumuna 45 ölkənin sabiq dövlət və hökumət rəhbərləri qatılacaqlar. Onların arasında Finlandiya, Latviya, Estoniya, Moldova, Rumıniya, Serbiya, Xorvatiya, İsrail və digər ölkələrin sabiq rəhbərləri də vardır.

Forumda açıq cəmiyyətlərin əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi kimi məsələlər müzakirə ediləcəkdir.

DİGƏR Xəbərlər Arxiv