YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Umud Rəhimoğlu: Azərbaycan mətbuatı son illər kiyafət qədər uğurlar əldə edib

«Media və cəmiyyət mövzusu kifayət qədər aktual məsələdir. Bu, əslində toplumu maraqlandıran ən vacib məsələlərdən biridir». Bu fikirləri Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri deyib.

U.Rəhimoğlu bildirib ki, medianın nə dərəcədə işləməsi bir növ cəmiyyətin fəallığından asılıdır. Onun fikrincə, Azərbaycan mətbuatı son illər kiyafət qədər uğurlar əldə edib.

«Həm mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşması, həm də mətbuatımızda keyfiyyət baxımından xeyli dərəcədə dəyişikliklər nəzərə çarpır. Son bir ildə jurnalistika ilə bağlı daha bir yeniliyə imza atıldı. Belə ki, jurnalistika ixtisasına yiyələnmək istəyənlər üçün qabiliyyət imtahanları tətbiq olundu. Bildiyiniz kimi, vaxtilə təsadüfi insanlar test imtahanı verərək jurnalistika ixtisasına yiyələnirdilər. Amma artıq bu problem öz həllini tapıb. Artıq jurnalistikada müəyyən keyfiyyət dəyişiklikləri baş verir. Bu da əsasən insanların müxtəlif sahələr üzrə ixtisaslaşması ilə bağlıdır»- deyə, U.Rəhimoğlu qeyd edib.