YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev rabitə və informasiya texnologiyaları sahəsi işçilərini təltif edib

Prezident İlham Əliyev dekabrın 1-də Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə 6 nəfər “Əməkdar mühəndis” fəxri adına, 14 nəfər “Tərəqqi”, 3 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.