YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Azərbaycan dünyada böyük nüfuz sahibinə, güclü siyasi aktora çevrilib

«Prezident İlham Əliyev Azərbaycan tarixində mühüm uğurlara imza atıb. Azərbaycan dövləti yaşadıqca tariximizin bu uğurlu səhifələrinə daim müraciət ediləcək». Bu fikirləri AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, tarix boyu güclü dövlət xadimlərinin irsinə tez-tez müraciət olunur. Onun sözlərinə görə, ərazi baxımından kiçik ölkə olan Azərbaycan dünyada böyük nüfuz sahibinə, güclü siyasi aktora çevrilib.

«Təbii ki, bu nailiyyətə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində nail olunub. Prezident İlham Əliyevin müdrik liderliyi sayəsində Azərbaycan Avropanın alternativ enerji mənbəyinə çevrilib. Bunun əsasında dövlətimizin başçısının planetar təfəkkürü, komanda bacarığı və alternativlər ortaya qoyması dayanır»- deyə, M.Qasımlı vurğulayıb.