YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: İslahatlar gələcək perspektivlər baxımından böyük əhəmiyyət kəsb edir

«Azərbaycan dövləti spesifik inkişaf modelinə malikdir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, bu strateji inkişaf kursunun Ulu öndər Heydər Əliyev tərəfindən başlanılıb və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətləri sayəsində isə yeni mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər iqtisadiyyatın inkişafı yönündə mühüm addımlar atılıb.

«Bunun nəticəsində də Azərbaycan regionda iqtisadi baxımdan ən güclü dövlətdir. Milli iqtisadiyyatımızın inkişafı istiqamətində hazırda sistemli islahatlar həyata keçirilir və bu islahatlar gələcək perspektivlər baxımından böyük əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycan dünyada layiqli yerini tutmağa müvəffəq olub»- deyə, komitə sədri vurğulayıb.