YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Patriarx Kiril: Dünyada baş verən terror hadisələrinin qarşısını almaq üçün din xadimlərinin birgə fəaliyyətinə böyük ehtiyac var

Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür. Bunu Moskvanın və bütün Rusiyanın patriarxı Kiril Bakıda keçirilən “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

Patriarx Kiril Azərbaycanla Rusiya arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işləri dəstəklədiyini diqqətə çatdırıb.

Kiril Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin din xadimi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyətini yüksək qiymətləndirib: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində sizin din xadimi kimi fəaliyyətiniz əvəzsizdir. Siz uzun müddətdir ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq istiqamətində fəaliyyət göstərirsiniz. Hazırda dünyada baş verən terror hadisələrinin qarşısını almaq üçün din xadimlərinin birgə fəaliyyətinə böyük ehtiyac var”.

 

DİGƏR Xəbərlər Arxiv