YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

II İlya: Azərbaycan və Gürcüstan multikultural, bütün etnik və dinləri əhatə edən ölkədir

Azərbaycan və Gürcüstan multikultural, çoxmillətli, bütün etnik və dinləri əhatə edən ölkələrdir.

Bunu bütün Gürcüstanın katolikos-patriarxı II İlya Bakıda keçirilən “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

O, Azərbaycanla Gürcüstan arasında dərin tarixi əlaqələrin olduğunu diqqətə çatdırıb: "Biz sizi qədim kilsələrdən biri olan Gürcüstan kilsəsinin adından salamlayırıq. Biz Azərbaycan Prezidenti İlham Əliyevə xeyirxah dəstəyinə görə təşəkkür edirik. Həmçinin bütün Qafqazın şeyxi Allahşükür Paşazadəyə bizə göstərdiyi hörmətə və sevgiyə görə minnətdarlığımızı bildiririk. Gürcüstan və Azərbaycan multikultural, çoxmillətli, bütün etnik və dinləri əhatə edən ölkələrdir".

Katolikos-patriarx əlavə edib ki, bu gün dünyanın müxtəlif yerlərində dini və etnik münaqişələr gedir: “Dünyada baş verən iğtişaşları nəzərə alaraq, hər kəsi sülh və qarşılıqlı anlaşma ab-havasında səylərimizi davam etdirməyə səsləyirik".