YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Şoyqu: Bu gün Azərbaycan Xəzər regionunda təhlükəsizlik forpostudur

Noyabrın 30-da Moskvada MDB Müdafiə Nazirləri Şurasının 71-ci iclasında iştirak edən Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

Sergey Şoyqu bildirib ki, hər iki ölkənin Müdafiə nazirlikləri beynəlxalq terrorla mübarizəyə qarşı birgə işləyirlər. O, həmçinin hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan planların yerinə yetirildiyini vurğulayıb.

Rusiyalı nazir deyib: “Bu gün Azərbaycan Xəzər regionunda təhlükəsizlik forpostudur. Ona görə də biz bu sahədə daha səmərəli əməkdaşlıq etməliyik. Ümid edirik ki, 2017-ci ildə iki ölkənin hərbi dəniz donanma komandanlığının Xəzərdə təhlükəsizlik məsələlərinin nizamlanması ilə bağlı strukturunun yaradılmasına nail olacağıq”.

Nazir Zakir Həsənov Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib, bu görüşün hər iki ölkə üçün səmərəli olacağını deyib. O, hərbi kadrların hazırlanması məsələsinə toxunaraq bildirib ki, hazırda Rusiya ali hərbi məktəblərində 80-dən çox azərbaycanlı kursant təhsil alır.

Görüşün sonunda iki ölkənin Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.