YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Həsənova: 2017-ci il üçün Azərbaycan əhalisinin gəlirləri 46,2 milyard manat proqnozlaşdırılır

2017-ci il üçün əhalinin gəlirləri 46,2 milyard manat, orta aylıq əməkhaqqı 508,4 manat, ölkə üzrə inflyasiya proqnozları da nəzərə alınmaqla yaşayış minimumu 155 manat proqnozlaşdırılır.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova noyabrın 30-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında məlumat verib.

Nazir müavini qeyd edib ki, Azərbaycanın iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr, o cümlədən Bakı-Tbilisi- Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Şimal-Cənub” nəqliyyat dəhlizi və digər layihələr nəqliyyat sektorunun artımını təmin edəcək. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı üçün xüsusi əhəmiyyəti olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla, xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı işlər artıq başlanılıb.

Bildirilib ki, gələn il ölkəmizdə sosial siyasət diqqət mərkəzində saxlanılacaq. Əhalinin həssas təbəqəsinin sosial təminatının gücləndirilməsi və bu sahədə proqramların həyata keçirilməsi üçün maliyyə imkanları yaradılacaq, yeni məşğulluq strategiyası hazırlanacaq.

 

DİGƏR Xəbərlər Arxiv