YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini hər zaman dəstəkləyir

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsində Azərbaycanın mövqeyini dəstəkləyir.

Bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir.

Nazir əlavə edib: "Bu prinsipə əsaslanaraq, Ankara və Bakı arasında strateji əlaqələr mövcuddur və inkişaf edir".

Türkiyə və Azərbaycanın bütün beynəlxalq platformalarda hər zaman bir-birini dəstəklədiyini deyən nazir qeyd edib ki, bu fakt Ankaranı sevindirir.

Ə.Arslan qeyd edib ki, Türkiyə və Azərbaycan əməkdaşlığı gələcəkdə də yüksələn templə inkişaf edəcək: "Bu, bizim dövlətlərimiz və xalqlarımız üçün vacibdir".

 

DİGƏR Xəbərlər Arxiv