YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Li Yuxin: Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluq duyuruq

Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluq duyuruq. Bizim əsas məqsədimiz İKT sahəsində innovasiyaları asanlaşdırmaqdan ibarətdir. Azərbaycanın telekommunikasiya sahəsində çox geniş potensialı var və biz bundan istifadə etmək niyyətindəyik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Huawei”in Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti Li Yuxin deyib.

Dünya üzrə 500 ən iri şirkət arasında qabaqcıl yerdə olduqlarını söyləyən Li Yuxin qurumun elmi-tədqiqat mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “"Huawei" şirkəti ən böyük smartfon istehsalçılarının reytinqində qabaqcıl yerdə qərarlaşıb. Bu il ərzində milyonlarla "Huawei" smartfonu satılıb. İKT-nin regiondakı sosial və iqtisadi inkişafda böyük rolu var. “Huawei” bu tipli texnologiyaların asanlaşdırılmasında aktiv domen rolunu oynayır. Dünya iqtisadiyyatı bizim istəyimizdən asılı olmayaraq rəqəmsal iqtisadiyyata çevrilir. Kompüter texnologiyasının sürətli inkişafı və mobil texnologiyaların kombinasiyası çox yüksək və dinamik İKT mühiti yaradıb. Mərkəzi Asiya və Qafqaz ölkələri daim İKT sahəsinin inkişaf tələbləri ilə qarşılaşır. “HUAWEI” şirkəti 50-dən çox ölkədə İKT-nin inkişafına dəstək verir”.