YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına həsr olunan konfrans keçirilir

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələrinin Assosiasiyasının təşkilatçılığı ilə “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfransda iştirak edib.

Dövlət və hökumət qurumları rəsmilərinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrinin, ali məktəblərin rektorlarının iştirak etdikləri tədbirdə təhsil naziri Mikayıl Cabbarov iki ölkə arasında təhsil sahəsində səmərəli əməkdaşlıqdan danışıb, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

O.Vasilyeva Rusiyanın Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirib.