YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Kəraçidə Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Kəraçidə keçirilən “IDEAS-2016” IX Beynəlxalq müdafiə sərgisi və seminarında iştirak etmək üçün Pakistan İslam Respublikasında səfərdə olub.

Müdafiə Sənayesi Nazirliyindən  bildiriblər ki, səfər zamanı nümayəndə heyəti “IDEAS-2016” sərgisində Pakistanın və sərgiyə qatılan digər ölkələrin nümayiş etdirdiyi yeni növ müdafiə təyinatlı məmulatları izləyib, onların yaradılması ilə bağlı məlumat əldə edib.

Pakistan Prezidenti Məmnun Hüseyn sərgiyə qatılan Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Görüşdə müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.

Azərbaycan nümayəndə heyətinin Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hussain və sərgiyə qatılan ölkələrin qabaqcıl şirkətlərinin rəhbərləri ilə görüşləri olub. Görüşlərdə mövcud əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə və yeni əlaqələrin yaradılmasına dair müzakirələr aparılıb.