YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Vaxtilə demokratiya adı altında ölkələrə təsir edənlər indi bunu din pərdəsi ilə edirlər

Azərbaycanda dövlət ilə din həmişə bir yerdə olub.

Bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün “Milli mənəvi dəyərlər və KİV” mövzusunda jurnalistlər üçün təlimlərin açılışında deyib.

O bildirib ki, vaxtilə başqa ölkələrə demokratiya və sair adlar altında təsir göstərməyə çalışanlar, indi də müxtəlif ölkələrə din pərdəsi altında təsir göstərməyə çalışırlar:

"Ona görə də jurnalistlər bu məsələdən yazan zaman hər şeyi ölçüb-biçməlidirlər. Ayrı-ayrı dövlətlərin bizi izləyən qurumları var. Nə isə baş verəndə tez bəyanat verirlər, Azərbaycana təzyiq etməyə çalışırlar. Ona görə də, biz onların əlinə bu imkanı verməli deyilik. Dini təbliğat məsələsində daha aktiv olmalıyıq. Bəzi insanlar xaricdə qanunsuz silahlı qruplaşmalara qoşulurlar. Bizim burada torpaqlarımız işğal altında ola-ola, onlar xaricdə qanunsuz silahlı birləşmələrə qoşulurlar. Amma nəyin uğrunda, heç özləri də bilmirlər. Biz mətbuatla birgə təbliğat işləri aparmaqla, bu halların qarşısını almalıyıq".