YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Sosial mənzillərin tikintisi uğurlu sosial siyasətin təkib hissəsidir

«Sosial mənzillərin tikintisi əhalinin mənzil təminatının yaxşılaşdırılmasının ən optimal üsullarından biridir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, belə bir proqramın həyata keçirilməsi uğurlu sosial siyasətin təkib hissəsidir. Onun sözlərinə görə, sosial mənzillərin inşası çox vacib məsələdir.

«Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni gündəmə gətirməklə, müvafiq qurumlara öz tapşırıqlarını verməklə bir daha göstərdi ki, Azərbaycan hökumətinin daxili siyasətində sosial siyasət prioritet istiqamət kimi davam edir və bundan sonra da davam edəcək. Ümumiyyətlə, bu evlər hər kəs üçün əlçatan olacaq. Yəni belə mənzilləri almaq hüququ olan insanlara ödəniş etmək də çətin olmayacaq. Azərbaycanda mənzilə ehtiyacı olan insanlar çoxdur və bu insanların bir hissəsi ipoteka kreditləşməsi vasitəsilə mənzilə olan tələbatını ödəyirlər. Qeyd edim ki, sosial evlərin inşası iqtisadiyyatın bir çox sahələrində də inkişafa səbəb olacaq. Çünki tikinti materaillarının əksəriyyəti respublikada istehsal olunur. Sosial evlərin inşası tikinti mallarının istehsalı və satışı bazarını da canlandıracaq. Eyni zamanda, sosial mənzillərin tikintisi yeni iş yerlərinin açılması deməkdir. Çox müsbət haldır ki, dövlət başçısının tapşırığına əsasən sosial mənzillər paytaxtla yanaşı bölgələrdə də tikiləcək»- deyə, komitə sədri vurğulayıb.