YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə səfiri: Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca Azərbaycana qarşı haqsızlıq artır

"Azərbaycan və Türkiyənin sağalmaz yarası Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə həll olunmadıqca qardaşımıza qarşı haqsızlıq getdikcə artır".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Milli Məclisdə "Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə" adlı konfransda çıxışı zamanı deyib. /Trend/

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini olduqca vacib sayan səfir qeyd edib ki, bu gün Türkiyə türkdilli ölkələrin hazırkı səviyyəyə çatmasından çox böyük qurur duyur.

E.Özoral əlavə edib ki, Türkiyə müstəqillik əldə etmiş türkdilli ölkələrin beynəlxalq aləmdə layiqli yer tutması üçün əlindən gələni edib.