YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından kənd təsərrüfatı böyük potensiala malikdir

«Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından kənd təsərrüfatı böyük potensiala malikdir. Məhz buna görə də ölkəmiz hazırda aqrar sektorun dinamik inkişafına nail olmağı qarşıya strateji hədəf kimi qoyub». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildiroib ki, Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib. Onun sözlərinə görə, əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur bu sahədə ənənələri dirçəltməklə respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır.

«Hədəflənən nəticələrin əldə olunması üçün dövlət tərəfindən kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir. Aparılan məqsədyönlü siyasət isə öz bəhrəsini verməkdədir və son illərdə respublikamızda aqrar sahədə davamlı olaraq yüksək nəticələr əldə olunur. Kənd təsərrüfatında artım tempi cari ilin arxada qalan dövrü ərzində də qorunub saxlanılıb. Belə ki, ilin əvvəlindən bəri aqrar sektorda 2,4 faiz artım qeydə alınıb və gələcəkdə bu sahədə daha yaxşı nəticələrin əldə olunacağı proqnozlaşdırılır»- deyə, İ.Məmmədov qeyd edib.