YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Elmar Məmmədyarov Mərakeşin ölkəmizə yeni təyin olunmuş səfiri Adil Embark ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 23-də Mərakeşin ölkəmizə yeni təyin olunmuş səfiri Adil Embark ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Elmar Məmmədyarov Adil Embarkı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Mərakeş arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadiyyat, humanitar, turizm, alternativ və bərpa olunan enerji kimi sahələrində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların və əhatəli müqavilə-hüquq bazasının olduğu diqqətə çatdırılıb. Ticarət əlaqələrinin genişləndirilməsi üçün biznes dairələri arasında münasibətlərin təşviq edilməsinin və biznes forumlarının keçirilməsinin vacibliyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov Mərakeşin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar ədalətli mövqeyinin, Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupuna qoşulmasının təqdir edildiyini bildirib.

Səfir Adil Embark iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.