YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz Məmmədov: Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil

Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Feysbuk"dakı səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin həyata keçirilməsi məqsədilə Bakıda təməli qoyulmuş Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatının genişlənməsilə bağlı fikirlər bu layihənin çox əhəmiyyətli və cəlbedici olmasını nümayiş etdirir. Həqiqətən də bu əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil".