YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Ölkəmizdə qadınlar üçün bərabər imkanların yaradılması və sosial həyatın bütün sahələrində onların aktiv iştirakı üçün mühüm işlər görülür

«Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik bazası əsasında qadınlar üçün bərabər imkanların yaradılması və sosial həyatın bütün sahələrində onların aktiv iştirakı üçün mühüm işlər görülür». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, hazırda bütün icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilıb. Monitorinq qrupları baş vermiş zorakılıq hallarını araşdırır, qurbanların müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir.

«Bütün dünyada, o cümlədən Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün hələ çox iş görülməlidir. Yanlış dini təsəvvürlərin, stereotiplərin, adət-ənənələrin aradan qaldırılması üçün dövlət orqanları və vətəndaş cəmiyyətinin fəaliyyəti daha da gücləndirilməli, aparılan aksiyalar davamlı olmalıdır. Kütləvi informasiya vasitələrində belə mövzulara həssaslıqla yanaşılmalı, verilən məlumatlar insanların problemi daha düzgün dərk eləməsinə xidmət etməlidir. Biz ümid edirik ki, birgə səylərimizlə insan ləyaqətinə yaraşmayan bu problemin aradan qaldırılması istiqamətində davamlı aparılan tədbirlər öz müsbət nəticələrini verəcək» - deyə, H.Hüseynova vurğulayıb.