YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Respublikamızın zəngin iqtisadi potensialı yeni iqtisadi şəraitdə Azərbaycanın inamlı inkişafı üçün etibarlı əsasdır

«Respublikamızın zəngin iqtisadi potensialı yeni iqtisadi şəraitdə Azərbaycanın inamlı inkişafı üçün etibarlı əsasdır». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, yeni iqtisadi şəraitdə Azərbaycanın uğurlu inkişafının təməlində məhz düşünülmüş siyasət, islahatlar və ölkənin gələcəyi ilə bağlı planların müvəffəqiyyətlə icrası amili dayanır. Onrun sözlərinə görə, hazırda ölkəmizin mənzərəsi yeni iqtisadi şəraitin meydana çıxartdığı çağırışlara uyğun həyata keçirilən dərin iqtisadi islahatlarla səciyyələnir.

«İslahatlara bütün səviyyələrdə güclü dəstək nümayiş etdirilməsi, əldə olunan ilk nəticələr onu deməyə əsas verir ki, başlanan yeni iqtisadi kurs neft gəlirlərinin azaldığı dövrdə də ölkəmizin uğurlu inkişafını təmin edəcək. 10 idən artıq bir müddətdə Azərbaycan qlobal məkanda iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə olub. İqtisadiyyatı neft amili ilə sıx bağlı olan Azərbaycanın qlobal risklər şəraitində belə öz potensialını genişləndirməsi və yeni iqtisadi şəraitdə ortaya çıxan qlobal gərginlikləri effektiv tədbirlərlə qarşılaması, ilk növbədə, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü şaxələndirmə siyasəti ilə bağlıdır. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur» - deyə, T.Rzayev qeyd edib.