YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Erkan Özoral: Türkiyə və Azərbaycan bir birinə terrorla mübarizədə lazımı dəstəyi verir

Türkiyə və Azərbaycan qardaş iki ölkə olaraq bir birinə terrorla mübarizədə lazımı əməkdaşlığı həyata keçirdir, lazımı dəstəyi verir. Bunu Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral Bakıda jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, Dağlıq Qarabağ problemi həm Türkiyə həm də Azərbaycanın qanayan yarasıdır: “Dağlıq Qarabağ problemi bir an əvvəl öz həllini tapmalıdır. Türkiyə və Azərbaycanın həm Dağlıq Qarabağ probleminin həlli, həm də terrorla mübarizə məsələsinə əməkdaşlığı bundan əvvəl olduğu kimi bundan sonra da davam edəcək.”

Diplomat qeyd edib ki, Türkiyə Azərbaycanın terrorla mübarizə sahəsində göstərdiyi dəstəyə görə minnətdardır.