YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ səfiri: Bakı-Tbilisi-Ceyhan kimi iri enerji layihələrinin uğurları beynəlxalq əməkdaşlığın nəticəsi olub

Azərbaycan postsovet məkanında kiminsə nəzarəti altında olmayan və 20 il ərzində müstəqilliyini qoruyub saxlayan az sayda ölkələrdən biridir. Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar I Beynəlxalq Xəzər Enerji Forumunda bildirib.

Səfir deyib: "Azərbaycanın enerji resursları daim mühüm olub, lakin bu gün onların əhəmiyyəti son aylar Ukrayna və Rusiyada cərəyan edən hadisələr fonunda artıb. Bakı-Tbilisi-Ceyhan kimi iri enerji layihələrinin uğurları beynəlxalq əməkdaşlığın nəticəsi olub".

Onun sözlərinə görə, Azərbaycanda hasil olunan neft və qazın birbaşa ABŞ-a ixrac olunmadığına baxmayaraq, Birləşmiş Ştatların regionda öz maraqları var: "Belə maraqlar sırasına Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi və enerji resurslarının ixracı mənbələrinin şaxələndirilməsi daxildir".