YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Prezident İlham Əliyevin İtaliyaya səfəri ölkələr arasında iqtisadi və siyasi münasibətlərin ən yüksək səviyyəyə çatmasına güclü zəmin yaradır

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri ölkələr arasında iqtisadi və siyasi münasibətlərin ən yüksək səviyyəyə çatması və perspektiv əməkdaşlığın daha da dərinləşməsinə güclü zəmin yaradır. Dövlətimizin başçısının bu ölkəyə səfəri zamanı keçirdiyi faydalı və səmərəli görüşlər və Azərbaycan-İtaliya “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin, eləcə də digər dövlətlərlərarası sənədlərin imzalanması əməkdaşlığın ən yüksək səviyyəyə çatmasına və siyasi-iqtisadi tərəfdaşlığın daha da möhkəmlənməsinə səbəb olacaq.

Bu barədə YAP-ın İqtisadi məsələlər üzrə komissiyasının sədr müavini Aydın Hüseynov dövlətimizin başçısının İtaliyaya səfərini şərh edərkən bildirib. Aydın Hüseynov qeyd edib ki,  İtaliya və Azərbaycan arasında sıx dərin dostluq telləri, geniş əməkdaşlıq münasibətləri və strateji əhəmiyyət daşıyan möhkəm siyasi-iqtisadi tərəfdaşlıq mövcuddur. “Respublikamızın dövlət müstəqilliyini bərpa etməsindən sonra Avropa ölkələri içərisində ən yüksək səviyyədə iqtisadi əməkdaşlığı və siyasi münasibətləri gücləndirən ilk dövlətlərdən biri məhz İtaliya olub. Rəsmi Roma ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanla qarşılıqlı maraqlara söykənən birgə əlaqələr qurub. Birgə əməkdaşlığa dair mühüm razılaşmaların əldə olunması tərəflər arasında qarşılıqlı münasibətlərin güclənməsinə əlverişli zəmin yaradıb. “Əsrin müqaviləsi”nin imzalanması və Azərbaycanın neft ehtiyatlarının işlənməsində İtaliya şirkətlərinin təmsil olunması ölkələr arasında iqtisadi-siyasi əlaqələrin yeni mərhələdə inkişafına dərin əsaslar yaradıb”.

YAP-ın İqtisadi məsələlər üzrə komissiyasının sədr müavini qeyd edib ki, İtaliya Azərbaycanla birgə regionda enerji təhlükəsizliyi məsələsində qətiyyətli addımlar atır: “Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunan neftin əsas alıcılarından biri İtaliyadır. İtaliya Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də tərəfdaşlarındandır. Bu ölkə “Şahdəniz-2” layihəsindən hasil ediləcək qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəmərində (TAP) də təmsil olunub.

Enerji sahəsində əməkdaşlıqla yanaşı, siyasi, iqtisadi, sosial, humantiar, elmi-mədəni, təhsil, səhiyyə, turizm və digər bölmələrdə intensiv əlaqələrin inkişafı İtaliya- Azərbaycan münasibətlərində yeni dinamika yaradıb”.

A.Hüseynov bildirib ki, hazırda İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində birinci yerdə dayanır. “İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2013-cü ildə 11 milyard dollar təşkil edib. Bu, İtaliyanın Avropa İttifaqına daxil olan 11 ölkə ilə malik olduğu ticarət dövriyyəsindən daha yüksəkdir. Ölkələr arasında müdamadi keçirilən biznes- forumlar kənd təsərrüfatı, qida sənayesi, loqistika, inşaat, tikinti, xidmət, nəqliyyat, enerji və s. sahələri üzrə əlaqələrin genişləndirilməsinə imkanlar yaradıb”.

DİGƏR Xəbərlər Arxiv