YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuzda “Yay məktəbi” çərçivəsində “Dünyanın müasir siyasi xəritəsində dövlətlərarası ziddiyyətlər”mövzusunda seminar-diskussiya keçirilib

Oğuz rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin II turu öz işini davam etdirir. İyulun 16-da “Dünyanın müasir siyasi xəritəsində dövlətlərarası ziddiyyətlər” mövzusunda seminarda çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Oğuz II tur qrupunun rəhbəri Hikmət Babaoğlu müasir beynəlxalq münasibətlər sisteminin səciyyəvi xüsusiyyətlərindən bəhs edərək əsas ziddiyyətlərin hegemon güclərin geostrateji maraqlarından qaynaqlandığını bildirib. Baş redaktor diqqətə çatdırıb ki, müasir dünya siyasətində ziddiyyətlərdən bəhs edərkən əsas etibarilə sivilizasiyaların toqquşması məsələsi önə çəkilir və siyasi, ideoloji amillər əsas rol oynayır.

Daha sonra YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin sədr müavini, Oğuz II tur qrupunun məsul şəxsi Elməddin Əmirov və YAP Xətai rayon təşkilatının Gənclər Birliyinin sədri Sərxan Əliyev çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Qarşılıqlı fikir mübadiləsi əsasında baş tutan diskussiyada gənclərin sualları cavablandırılıb.