YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkədə kənd təsərrüfatı istehsalı 2,4 faiz artıb

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 341,3 min ton, yaxud əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 3% çox diri çəkidə ət, 1505,6 min ton (2,5% çox) süd, 1214,0 milyon ədəd (4,9% çox) yumurta, 16,8 min ton (1,5% çox) yun istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,4%, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,8%, heyvandarlıq məhsulları istehsalı isə 3,1% artıb.

Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Oktyabrın 1-nə kimi payızlıq, yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 961,6 min haktar əkin sahəsinin 959,6 min hektarı biçilib, həmin sahələrdən 2836,3 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilən məhsul 29,6 sentner təşkil edib.

Oktyabr ayının 3-nə sahələrdən 12,1 min ton pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib.