YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Dövlət başçısının İtaliyaya rəsmi səfəri böyük əhəmiyyət kəsb edir

«Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri böyük əhəmiyyət kəsb edir».  Bu fikri Milli Məclisin deputatı  Musa Qasımlı deyib.

M. Qasımlı bildirib ki, İtaliya dünyanın inkişaf etmiş yeddi ölkəsindən biridir. Onun sözlərinə görə, İtaliya Azərbaycanın ən mühüm ticarət ortağıdır.

«Azərbaycanla İtaliya arasında tarixən sıx əlaqələr olub. Müstəqillik illərində də  Azərbaycan-İtaliya münasibətləri zəngin yol keçib. Bu yolda mühüm bir səhifəni cənab Prezident İlham Əliyevin İtaliyaya növbəti səfəri təşkil etdi. Səfər zamanı imzalanan sənədlər iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açır və ölkələrimizi bir-birimizə daha da yaxınlaşdırır, münasibətlərin inkişafında müstəsna rol oynayır. Hesab edirəm ki, bu səfər münasibətlərin inkişafında yeni imkanlar açır»- deyə, deputat qeyd edib.