YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiya Senatının sədri və təhsil naziri Azərbaycana gələcəklər

2017-ci ilin birinci yarısında Çexiya Senatının sədri Milan Ştex və təhsil naziri Yekaterina Valaxova Azərbaycana səfər edəcəklər.

Bunu mətbuat konfransında Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka deyib.

Səfərlərin dəqiq tarixləri hələ müəyyənləşdirilməyib.

Səfər çərçivəsində Çexiya Senatının sədrinin Azərbaycan rəhbərliyi ilə görüşəcəyi və ikitərəfli məsələlərin geniş spektrinin müzakirəsi planlaşdırılır.

Çexiya təhsil naziri Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyində görüş keçirəcək.

Səfirin sözlərinə görə, Çexiya Aİ ölkələri arasında Azərbaycan məhsullarının ən iri idxalçısıdır: "Azərbaycan Çexiyanın neftə olan tələbatının üçdə birini təmin edir. Bu da ildə təqribən 2,4 milyon ton deməkdir".